Qalmaqallı, məşhur qraffiti-rəssam Benksinin "CND (Campaign for Nuclear Disarmament) Soldiers" adlı əsəri hərraca çıxarılaraq satılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, əsər 106 min 505 dollar (təxminən 272 min 858 manat) müqabilində yeni sahibinə təqdim olunub.
Bildirilib ki, satışdan əldə olunan gəlir Kiyevin Oxmatdet xəstəxanasına bağışlanıb.
