"Sehirli annem" serialında "Tuğçe" obrazıyla tanınan aktrisa Damla Ersubaşı şəxsi həyatı ilə bağlı açıqlama veri.
Axşam.az xəbər verir ki, aktrisa "Həyatınızda kaş bunu yaşamazdım dediyiniz hadisə var?" sualını belə cavablayıb:
"Keçmiş həyat yoldaşım (red. - Mustafa Can Keser) əsəbi insan idi. Həyatımda unuda bilmədiyim anlar davalarımızdır. 23 yaşımda evləndim. Kaş həmin yaşda evlənməzdim. Məsələn, mənim qızım 23 yaşında evlənmək istədiyini desə, ona "Sən daha gəncsən, tezdir" deyə xəbərdarlıq edərəm".
Qeyd edək ki, aktrisa şiddətə və xəyanətə məruz qaldığı üçün evliliyini sonlandırmışdı. Daha sonra cütlük ikinci dəfə evlənmək qərarı alsa da yenidən ayrılıb. Cütlüyün evlilikdən Zehra, Zeynep Nisa adlı iki qızı var.