Türkiyəli müğənni Gülşən konsert qiymətini qaldırıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi məbləği 3 dəfə artıraraq 400 min lirə (təxminən 45 min 880 manat) edib.
Gülşənin artıq yay ayları üçün də konsert proqramının dolu olduğu və yeni təklifləri geri çevirdiyi məlum olub.