Amerikalı kinorejissor, prodüser Marvin Çomski 92 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, rejissor Santa Monikadakı hospisdə dünyasını dəyişib. Onun ölümünü oğlu, eyni zamanda kinoprodüser Peter Çomski elan edib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, Marvin 1978-ci ildə "Holokost" mini serial, 1980-ci ildə "Attica" televiziya filmi, 1982-ci ildə "Üçüncü Reyxin daxilində" filmi və 1986-cı ildə "Böyük Pyotr" miniserialındakı işinə görə Emmi mükafatları alıb. O, həmçinin məşhur "Ulduz yolu" serialının da rejissor kürsüsün də əyləşib.