Ərinin "Oskar" gecəsindəki şilləsindən sonra sükutunu pozdu - Foto

Ərinin "Oskar" gecəsindəki şilləsindən sonra sükutunu pozdu - Foto
10464 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Los-Ancelesdə baş tutan 94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smitlə aparıcı Kris Rok arasında gərginlik yaşanıb.

Axşam.az xəbər verir ki, aktyorun həyat yoldaşı Cada Pinkett-Smit insidentlə bağlı ilk dəfə açıqlama verib. O, instaqram səhifəsində bu sözləri yazıb:

“Bu, şəfa mövsümüdür və mən bunun üçün buradayam”.

C.Smit şərh bölməsini də bağlı saxlayıb.

Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.

Xarici mediada yayımlanan xəbərlərdə gecə "Kral Riçard" filmindəki roluna görə "Ən yaxşı aktyor" seçilən Uillin "Oskar"ının əlindən alına bilinəcəyi bildirilib. Kino Akademiyası isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

Daha sonra açıqlama yayan Smit hərəkətinə görə üzr istəyib.