Sabahdan “WhatsApp” bu telefonlarda işləməyəcək

Sabahdan “WhatsApp” bu telefonlarda işləməyəcək
4487 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada milyardlarla istifadəçisi olan "WhatsApp" sabahdan bəzi telefon və əməliyyat sistemlərində işləməyəcək.

Axşam.az-ın məlumatına görə, "Meta" şirkətindən bildirilib ki, martın 31-dən etibarən messenceri yenilənməyən bəzi "Android", "iOS" və "KaiOS" əməliyyat sistemlərində çalışan telefon və planşetlərdə istifadə etmək mümkün olmaycaq. 

Proqramın çalışmayacağı əməliyyat sistemlərini təqdim edirik:

"iOS" 10-dan aşağı olan cihazlar

"Android" 4.1-dən aşağı olan cihazlar

"KaiOS" 2.5-dən aşağı olan cihazlar