Britaniyanın “Wanted” adlı musiqi qrupunun solisti Tom Parker 33 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə musiqiçinin həyat yoldaşı Kelsey məlumat yayıb.
Onun sözlərinə görə, Pakerin beynində xərçəng ikinci övladlarının olacağını öyrəndikləri vaxtlarda aşkarlanıb. Uzun müddət müalicə alsa da şişi çıxartmaq mümkün olmayıb. Musiqiçi ötən gün səhər saatlarında beyin xərçəngindən dünyasını dəyişib.
Qeyd edək ki, Parkerin iki övladı var.
