Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 56 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 14 336 nəfər COVID-19 infeksiyasına yoluxub, 16 435 nəfər isə sağalıb.