Ancelina Coli xərçəngdən əziyyət çəkən ukraynalı uşaqla görüşdü - Fotolar

Ancelina Coli xərçəngdən əziyyət çəkən ukraynalı uşaqla görüşdü - Fotolar
1008 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli İtaliyanın paytaxtı Romada qaçqın düşən ukraynalı uşaqların müalicə olunduğu xəstəxanaya baş çəkib.

Axşam.az xəbər verir ki, bu barədə "Ospedale Bambino Gesu" xəstəxanası instaqram hesabında aktrisanın sözlərindən sitat gətirərək yazıb:

“Müharibənin bitməsi üçün dua edirəm. İnsanların iztirab və köçkünlüyünə son qoymağın yeganə yolu budur. Uşaqların qaçqın həyatları, sağlamlığı və yaraları bahasına başa gəlməsini görmək dəhşətlidir".

Roma xəstəxanasına yerləşdirilən uşaqlardan birinin - Çernivtsidən olan 10 yaşlı ukraynalı onkoloji xəstə Artem Babçukun anası sosial media hesabında Ancelina ilə görüşü haqda yazıb. O, bildirib ki, aktrisanı gördüyünə inana bilmir. Onun sözlərinə görə, Ancelina oğlunun tezliklə sağalmasını və Ukraynada sülhün bərqərar olmasını arzulayıb.