Rus blogerlər "Meta" şirkətindən təzminat tələb edir.
Axşam.az xəbər verir ki, bu haqda Rusiya Blogerlər Şurası məlumat yayıb. Bildirilib ki, buna səbəb instaqram və feysbukun Rusiya ərazisində fəaliyyətini dayandırması olub.
Sosial şəbəkədə böyük izləyici kütləsi olan blogerlərə yüksək məbləğdə ziyan dəydiyi açıqlanıb. Bunun qarşılığında şirkətdən 1 milyard dollar tələb olunur.
Bununla bağlı şuranın təsisçisi Valeriya Ritvinanın şikayət məktubu yazıb. Məktubda blogerlərdən və vətəndaşlardan üzr istəmək tələbi də yer alıb. Ödənilən məbləğ "Meta"nın bu addımından zərər çəkən fiziki və hüquqi şəxslərə veriləcək.
"Bir çox bloger gəlir mənbəyini itirib. Çoxlarının tək qazanc yeri sosial şəbəkədir" deyə, açıqlamada vurğulanıb.