Türkiyəli aktyor Burak Yörük dostunun avtomobilində olarkən yanaşı hərəkət edən avtobusun sürücüsü ilə arasında insident yaradıb.
Axşam.az xəbər verir ki, aktyorla sürücü arasında yaranan anlaşılmazlıq mübahisəyə çevrilib. Daha sonra Burak sükan arxasında olan sürücüyə yumruqla hücum edib. Aralarında yaranan dava ətrafdakı şəxslər və polisin müdaxiləsi ilə sonlanıb. Aktyor avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Hadisənin görüntüləri qısa müddətdə sosial media seqmentində yayılıb. Onun bu hərəkəti izləyicilər tərəfindən pislənib.
Qeyd edək ki, Burak hazırda “Bir yaz dizisi” adlı serialda baş rollardan birini canlandırmağa hazırlaşır.