Türkiyəli aktrisa Sinem Ünsalın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "FOX TV"də yayımlanacaq yeni serialda baş rollardan birini canlandıracaq. O, ekran işində polis obrazına həyat verəcək. Onun serialdakı tərəf müqabili isə aktyor Halit Özgür Sarıdır.
Qeyd edək ki, Sinem sonuncu dəfə "Elbet bir gün"də, Halit isə "Kardeşlerim"də rol alıb.