Xəstəliyi irəlilədiyi üçün 65 milyonluq əmlak satdı

Xəstəliyi irəlilədiyi üçün 65 milyonluq əmlak satdı
1655 dəfə oxunub
  • A-
  • A
  • A+

Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillis səhhətinin düzəlməz dərəcədə pisləşəcəyi ana hazırlıq görür.

Axşam.az xəbər verir ki, bu barədə "Page Six"ə aktyora yaxın mənbə deyib. Onun sözlərinə görə, Brüs bir neçə malikanəsini və digər daşınmaz əmlakını satıb. O, satışdan təxminən 65 milyon dollar əldə edib.

"Bilirdi ki, vaxt gələcək, səhhəti pisləşəcək və daha əvvəlki kimi qazana bilməyəcək. Bir gün ona çoxlu malikanə, mənzil lazım olmayacaq. Nə vaxtsa bir yerdən başqa yerə köçmək əvəzinə ailəsi ilə təhlükəsiz yaşamaq istəyəcək" deyə, mənbə bildirib.

"People"ın xəbərinə görə, aktyorun həyat yoldaşı Hemminq Brüsün xəstəliyi ilə bağlı bir neçə mütəxəssisə müraciət edib və onun təhlükəsizliyi üçün köməkçi tutub.

Qeyd edək ki, aktyor xəstəliyi səbəbindən karyerasını bitirdiyini açıqlayıb.