Naz Elmas 3 illik ərindən boşanır

Naz Elmas 3 illik ərindən boşanır
1375 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda "Evlilik hakkında her şey" serialında rol alan aktrisa Naz Elmas iş adamı həyat yoldaşı Erol Özmandıracıyla boşanmaq qərarı alıb. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı aktrisa özündən 16 yaş böyük Erolla evlərini də ayırıb. Cütlük məhkəməyə müraciət etdikdən sonra Özmandıracı Mayamiyə istirahətə yollanıb. 

Qeyd edək ki, onlar 2019-cu ildə ailə həyatı qurmuşdu.