"Netflix" və "Sony" Uill Smitlə layihələri ləğv etdi

"Netflix" və "Sony" Uill Smitlə layihələri ləğv etdi
1142 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar" mükafatlandırma mərasimində yaşanan qalmaqaldan sonra üzr istəməsinə baxmayaraq bir çox şirkət Uill Smitlə işləməkdən imtina edib.

Axşam.az xəbər verir ki, "Netflix" və "Sony" şirkəti onunla bağlı layihələri dayandırıb.  Belə ki, "Sony" "Pis oğlanlar" filminin dördüncü hissəsini çəkməyəcək. Sözügedən ekran işində Smit əsas rollardan birini oynayıb.

"Netflix" isə Uillin iştirakı ilə olan "Fast and Loose" layihəsini ləğv edib. Aktyor burada yaddaşında problem olan günahkar obrazını oynayacaqdı.