Avtobus sürücüsünü döyən aktyor başına gələni danışdı

Avtobus sürücüsünü döyən aktyor başına gələni danışdı
1281 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Burak Yörükün tıxacda dava etdkdən sonra sürücüyə hücum etməsi qalmaqala səbəb olub.

Axşam.az xəbər verir ki, ünvanına yüzlərlə tənqid səslənən aktyor məsələ ilə bağlı açıqlama verib. 

"Şiddətin hər formasına qarşıyam. Sevgilimi tıxacda çətin vəziyyətə qoyan, sıxışdıran, hətta yanımızdan keçərkən söyüşlər söyən bir avtobus sürücüsü ilə dava etdim. Onun dediyi sözlər məni maşından düşməyə məcbur etdi. Doğru olan ona heç nə demədən polisə müraciət etmək idi. Amma məni pəncərədən içəri dartıb davaya qədər gətirib çıxardı" deyə, Yörük özünə haqq qazandırmağa çalışıb.