"Chanel" məhsullarını ruslara satmamasına aydınlıq gətirdi

"Chanel" məhsullarını ruslara satmamasına aydınlıq gətirdi
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

"Chanel" brendi məhsullarını ruslara satmaqdan imtina etməsinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, qadağanın sanksiyalarla bağlı olduğu bildirilib. Avropa İttifaqının və İsveçrənin son sanksiya məhdudiyyətləri "Rusiya Federasiyasında hər hansı fiziki, hüquqi şəxs və təşkilatlara lüks malların birbaşa və ya dolayı yolla satışını, Rusiya Federasiyasında istifadəni" qadağan edir.

Şirkətin nümayəndələri qeyd ediblər ki, Aİ qanunvericiliyinə uyğun olaraq, 300 avrodan baha olan bəzi məhsullara məhdudiyyətlər tətbiq edilir.

Bundan əvvəl sosial şəbəkədə "Chanel"in Dubay, Paris və Milanda olan mağazalarında ruslara mal satmaqdan imtina edilib. Yaxud da onlardan əşyaların Rusiyada geyilməyəcəyinə dair zəmanətlə qəbz tələb edilib.

Şirkət yaranan narahatlığa görə üzr istəyib və "Chanel"in dünyanın istənilən yerindən olan müştərilərinə “bərabər və dəyişməz hörmətlə” yanaşdığını vurğulayaraq “prosedurun təkmilləşdirilməsi” üzərində işləyəcəyinə söz verib.