Türkiyəli aktrisa Farah Zeynəb Abdullah "Bergen" filmindən 40 milyon lirə qazanmasıyla bağlı xəbərlərə münasibət bildirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək məlumatın yalan olduğunu yazıb:
"Haqqımda yenə səfeh xəbər çıxıb. Ayıbdır. Bunu yazan, vaxtı çox olan adamı da tapacağam".
Qeyd edək ki, Farah Zeynəb Abdullah "Bergen" filmində baş rolu canlandırıb.