26,8 milyonluq satış dayandırıldı

26,8 milyonluq satış dayandırıldı
401 dəfə oxunub
  • A-
  • A
  • A+

Luvr muzeyi rəssam Jan Batist Simeon Şardenin 1761-ci ildə çəkilmiş “Çiyələk səbəti” tablosunun satışını əngəlləyib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, martda 26,8 milyon dollar qarşılığında Nyu-Yorkdan olan sənət dileri Adam Uilyamsa satılıb.

Muzeyin direktoru Laurens de Kars isə əsərin milli sərvət kimi tanınmasına və ölkədən çıxarılmasına müvəqqəti qadağa qoyulmasını tələb edib. Bu səbəbdən ölkə qanunlarına görə, satışı 2,5 il müddətinə dayandıracaq və muzeyə əsəri almaq üçün vəsait toplamağa imkan veriləcək.

Bildirilib ki, bu, rəssamın yeganə çiyələk təsvir olunan əsəridir və milli sərvət hesab oluna bilər.