"Oskar" mükafatlandırma mərasimində yaşanan qalmaqaldan sonra üzr istəməsinə baxmayaraq Uill Smitlə işləməkdən imtina edən şirkətlərin sayı gün keçdikcə artır.
Axşam.az xəbər verir ki, "Apple TV +" yayım xidməti aktyorun baş rolda çəkildiyi filmin layihəsini bağlayıb. Bildirilib ki, şirkətin U.Smitlə işləməkdən imtina etməsinə səbəb "Oskar" zamanı baş verən hadisə olub.
Xatırladaq ki, "Apple" aktyor haqqında sənədli film çəkmək istəyirdi, lakin indi bunu "riskli iş" hesab edirlər.
Qeyd edək ki, "Netflix" və "Sony" də aktyora qarşı eyni addımı atıb.