Məşhur aparıcı villasını 13,5 milyona satdı - Fotolar

Məşhur aparıcı villasını 13,5 milyona satdı - Fotolar
786 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa-aparıcı Ellen Deceneres 6 ay əvvəl aldığı villanı 13,5 milyon dollara satıb.

Axşam.az xəbər verir ki, aparıcı Kaliforniyada yerləşən malikanəsini 1,5 milyon dollar artığına yeni sahibinə təqdim edib.

Təxminən 450 kvadratmetr sahəsi olan evdə idman zalı, ofis, 3 yataq otağı və 4 sanitar qovşağı var. Villa böyük pəncərəli şəxsi botanika bağı ilə əhatələnib.

"Forbes"in məlumatına görə, Ellenin şəxsi sərvəti 370 milyon dollardır.