Türkiyəli müğənni Tuğba Ekinçi gözəllik mərkəzindən çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbirlər iki ildir Bərk Fenercioğluyla eşq yaşayan sənətçidən toy tarixini soruşublar. Müğənni bu suala pilot sevgilisinin cavab verməsini istəyib:
"Hər şey qaydasındadır, xoşbəxtik. 2023-ün ilk günündə toyumuz olacaq".