Dünyanın ən zəndin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tvitterin 9,2% payının sahibi olub.
Axşam.az xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar Komissiyasının saytında məlumat yerləşdirilib.
Bundan sonra isə sosial şəbəkənin səhmləri 26% bahalaşıb. Mask hazırda tvitterin 73,5 milyon səhminə sahibdir. Paketin qiyməti isə 2,89 milyard dollardır.
Qeyd edək ki, dünyanın ən zəngin adamının 219 milyard dollar sərvəti var.