Günay və oğlu Tolqa Karelin atasının dəfnində - Fotolar

Günay və oğlu Tolqa Karelin atasının dəfnində - Fotolar
11746 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Tolqa Karelin atası Tufan Karel ötən gün vəfat edib. 

Axşam.az xəbər verir ki, mərhumun dəfn mərasiminə Tolqa ilə ailəli olan, azərbaycanlı model günay Musayeva da qatılıb. O, oğlu Cahangiri babasını son mənzilə yola salmağa aparıb. 

Günay "Tufan əmi, nur içində yat. Mənə gözəl yeməklər hazırlayırdınız, sizi elə xatırlayacam. Məkanınız cənnət olsun" deyə, bildirib. 

Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə ailə qurub. Cütlüyün oğlu Cahangir 2012-ci ildə dünyaya gəlib. Onlar bir müddət sonra qalmaqallı şəkildə ayrılıb. Günay bir müddət əvvəl açıqlamasında oğlunun atasının kim olduğunu bilmədiyini deyib. O, eyni zamanda Cahangirin baba və nənəsi ilə görüşmədiyini də etiraf etmişdi. Aktyor hazırda ailəlidir və Amerikada yaşayır.