"35 yaşım var, hansı dövlət qurumu məni işə götürər?"

"35 yaşım var, hansı dövlət qurumu məni işə götürər?"
5646 dəfə oxunub
  • A-
  • A
  • A+

"Best Model of The World" yarışmasının qalibi, model Rüstəm Cəbrayılov işsizlikdən gileylənib.

Axşam.az xəbər verir ki, model hazırda nə film çəkilişinin, nə də dəfilələrin olduğunu deyib:

"Aylıq maaşı olanları çıxmaq şərti ilə elə bil digərlərində həyat dayanıb. Dekabrdan bu tərəfə, demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam. Ondan əvvəl də vəziyyət ürəkaçan deyildi. Nə edək, biz də indi aylıq maaşı olan bir iş tapıb 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq?  

Kiçik bir qığılcım belə yoxdur. Mən bir vətəndaş, azərbaycanlı olaraq öz sahəmdə 98 ölkə içində "Best Model of The World" seçilmişəm, Nyu-Yorkda podiuma, Fransa və İtaliyada fəşn mərkəzlərdə səhnəyə çıxmışam, 5 önəmli filmdə əsas rol ifaçısı olmuşam, daha nələr-nələr... Bundan artıq daha nə etmək lazımdır ki?".  

Rüstəm bildirib ki, teatrda da işə düzələ bilmir:

"Bacarmırsınız, çəkilin qırağa, ya da bacaranlara şərait yaradın, bir iş görək... Ömürdən gedir axı, bu qədər lağlağı olar? Ömrümü bu sahəyə ayırdım, bu gün yaxşı olar, sabah yaxşı olar... Bütün dünya ölkələrində yaxşı oldu, bir bizdə olmadı. Xaricdə çox böyük çəkilişlərdə, "fashion week"lərdə oldum, çox məşhur insanlarla çalışdım, böyük təcrübə yığdım. İndi də 35 yaşım var.  Maraqlıdır, hansı dövlət qurumu məni işə qəbul edər? Nə bilim... Onu bilirəm ki, nifrətim hər keçən gün güclənir, heyif".