Türkiyəli aktyor Alperen Duymazın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Kül" adlı filmdə baş rolu canlandıracaq. Eyni adlı kitab əsasında lentə alınacaq olan ekran işində aktyor "Metin Ali" adlı dülgərə həyat verəcək.
Film "Netflix"də yayımlanacaq.
Qeyd edək ki, Alperen sonuncu dəfə "Son yaz" serialında rol alıb.