Şiddət iddiaları ilə Hollivud ulduzu Conni Deppin karyerasına kölgə salan keçmiş həyat yoldaşı, amerikalı aktrisa Amber Heard indi özü eyni vəziyyətlə qarşı-qarşıya qalıb.
Axşam.az xəbər verir ki, aktrisanın "Aqu aman 2" filmindən uzaqlaşdırılması tələb olunur. Bununla bağlı 2 milyondan çox imza toplanıb.
Həmin şəxslər Amberi Deppə qarşı məişət zorakılığında ittiham edərək layihədən uzaqlaşdırmasını istəyirlər.
Qeyd edək ki, ikili arasında Virciniya ştatında gedən məhkəmə prosesi zamanı Depp Amber tərəfindən şiddətə məruz qaldığını sübut edib.