"Mary Gu" ləqəbi ilə tanınan rusiyalı müğənni-bloger Maria Qusarova boşanıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. O, həyat yoldaşı Dmirti Boqayavlenskiylə fotosunu paylaşaraq ayrıldıqlarını bildirib:
"Dostlar, təəssüf ki, biz artıq ər-arvad deyilik. Lakin xoşbəxtlikdən biz dostluq və iş əlaqələrini saxlaya bildik. Hörmətlə ümumi işimizi davam etdirəcəyik.
Qeyd edək ki, cütlük 2018-ci ilin avqustunda ailə qurub.