Dünyada milyardlarla istifadəçisi olan "WhatsApp" sabahdan bəzi telefon və əməliyyat sistemlərində işləməyəcək.
Axşam.az-ın məlumatına görə, "Meta" şirkətindən bildirilib ki, messenceri artıq yenilənməyən bəzi əməliyyat sistemlərində istifadə etmək mümkün olmayacaq.
Proqramın çalışmayacağı əməliyyat sistemlərini təqdim edirik:
"Android" 4.1 və daha aşağı əməliyyat sistemi olan cihazlar
"iOS" 10 və ya daha aşağı əməliyyat sistemləri ilə işləyən cihazlar