Ad günündə oğlunu Özcanla görüşməyə qoymadı

Ad günündə oğlunu Özcanla görüşməyə qoymadı
1273 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Özcan Dəniz sosial şəbəkə paylaşımıyla diqqətləri üzərinə çəkib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor oğlu Kuzeyin doğum günündə anasının onu görməyə qoymadığını bildirib. 

Özcan İnstaqram hesabında ötən il də eyni hadisənin baş verdiyini bildirərək "Bu zalımlıq yenidən təkrarlandı" şərhini yazıb. 

Qeyd edək ki, müğənni keçmiş həyat yoldaşı Feyza Aktanla qalmaqallı şəkildə boşanıb. Aktan Özcanın ona şiddət göstərdiyini iddia etmişdi.