"Вороваек" qrupunun solisti Svetlana Larionova iki həftə əvvəl xəstəxanaya yerləşdirilib və hazırda komadadır.
Axşam.az xəbər verir ki, aprelin 14-də tədbirə qatılan ifaçı restorana gedib və şam yeməyi yeyib. Yeməkdən sonra özünü pis hiss edən müğənni xəstəxanaya aparılıb.
Onun zəhərləndiyi deyilib. Həkimlər onun həyatı üçün mübarizə aparır. Svetlananın qaraciyəri sıradan çıxdığı üçün həkimlər onu süni komaya salmaq qərarına gəliblər.