"Həyat yoldaşım "Taxt oyunları"nda çəkiləndə içki aludəçisi oldu"

"Həyat yoldaşım "Taxt oyunları"nda çəkiləndə içki aludəçisi oldu"
850 dəfə oxunub
  • A-
  • A
  • A+

"Taxt oyunları" serialında İqritt obrazı ilə tanınan Rouz Lesli "Harper's Bazaar" jurnalının üz qabığının qonağı olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, müsahibəsində əri Kit Harinqtonun alkoqol asılılığı ilə mübarizəsindən danışıb. Ekran işində baş rollardan birini - Con Snounu canlandıran Harinqton bu problemi 2019-cu ildə layihənin çəkilişləri bitdikdən sonra məlum olub.

Leslinin dediyinə görə, aktyor bu problemlə uzun müddət mübarizə aparıb. "Əgər reabilitasiya mərkəzinə getməsəydi indi tam başqa bir problem olmuşdu" deyə, aktrisa əlavə edib. 

Qeyd edək ki, Kit Harinqtonun alkoqolizmlə bağlı problemləri "Game of Thrones" layihəsində işləyərkən başlayıb. O, 10 il ekran işində çəkilib.