Tilbe avtomobillə motosiklet sürücüsünü vurdu - Foto

Tilbe avtomobillə motosiklet sürücüsünü vurdu - Foto
1477 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Yıldız Tilbe qəza törədib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı idarə etdiyi avtomobillə motosiklet sürücüsünü vurub. Qəza günorta saatlarında İstanbulun Maltepe İdealtepe məhəlləsində qeydə alınıb. Tilbe Bağdat prospektinə dönmək istəyərkən Kadıköy istiqamətində hərəkət edən motosikletlə toqquşub. Hadisənin ardından müğənni yaralıya yardım etməyə çalışıb. Əraziyə polis və təcili tibbi yardım yardım cəlb olunub. Yaralı xəstəxanaya, Tilbe isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

"Motosiklet qırmızı işıqda keçmək istəyərkən qarşıdan maşın yolu döndü. Sürücünü gördüm, qadın idi, amma kim olduğunu bilmədim. Təcili yardım çağırdıq. Qəzanı törədən kədərli idi. Sonradan bildim ki, Yıldız Tilbedir. Yaralının başından ayrılmadı. Hətta onun başını qolunun üstündə saxladı" - deyə, hadisə şahidi bildirib.