Lvovda olan Ancelina Coli bomba sığınacağına qaçdı - Video

Lvovda olan Ancelina Coli bomba sığınacağına qaçdı - Video
1355 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ancelina Coli Ukraynanın Lvov şəhərinə gedib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müharibə başlayandan Ukraynaya dəstək olan aktrisa Lvovdakı qatar stansiyasına səfəri zamanı raket zərbəsi təhlükəsi olduğu üçün şəhərdə hava hücumu ilə bağlı sirenalar işə düşüb. Bundan sonra o, yanındakı insanlarla birlikdə bomba sığınacağına qaçıb.

Qeyd edək ki, Ancelina Coli öz paylaşımlarında dəfələrlə digər ölkələri Ukraynaya yardım etməyə səsləyib.