"Gözlərindəki xoşbəxtliyi hiss edəndə doyuram" - Kıvanç Tatlıtuğ

"Gözlərindəki xoşbəxtliyi hiss edəndə doyuram" - Kıvanç Tatlıtuğ
3008 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ "Lofficiel Türkiye" jurnalına müsahibə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Başak Dizərə qarşı hisslərini belə ifadə edib:

"Onu hər gün başqa cür sevməyi öyrəndim. Çünki çox sevmək kifayət etmədi. Bir insanı sevmək onun xoşbəxt olmağı üçün çalışdığında başlayır. Onun gözlərindəki xoşbəxtliyi hiss edəndə qarnım doyur. Onun etdiyi şeyləri, seçimlərinə dəstək olmaq çox vacibdir. Hamı evlənir, əsas məsələ davam etdirə bilməkdir".