Türkiyəli müğənni Niran Ünsal əməliyyat olunub.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb.
“Aprelin 23-də sağ qabırğamın altında başlayan şiddətli ağrı məni əməliyyata sürüklədi. 3 gün çəkdiyim ağrı qızdırmaya səbəb oldu. Ağrı dözülməz olduğundan xəstəxanaya getdim. Öd kisəsinin intensiv iltihabı, şar kimi şişməsi, öd kisəsinin kanalında daş olması səbəbindən təcili əməliyyat olundum. Bu gün daha yaxşıyam” deyə, o, bildirib.
Qeyd edək ki, Niran ötən ilin sonu da böyrəyində yaranan problemlə əlqədar xəstəxanaya yerləşdirilmişdi.