Amerikalı kantri-müğənni Naomi Cudd 76 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçının qızları məlumat yayıb. Bildirilib ki, Naomi uzun çəkən ruhi xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, ifaçı 1983-cü ildə qızı Vaynonna Cudd ilə birlikdə "The Judds" qrupunu yaradıb. Qrup beş "Qremmi" mükafatına layiq görülüb. Lakin 1991-ci ildə Naomiyə hepatit diaqnozu qoyulduqdan sonra qrup dağılıb.