Kirkorov Puqaçova və Qalkini müdafiə etdi - "Sizə bu haqqı kim verib?"

Kirkorov Puqaçova və Qalkini müdafiə etdi - "Sizə bu haqqı kim verib?"
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukraynaya qarşı aparılan müharibə fonunda ölkəni tərk edən həmkarlarını müdafiə edib.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram hesabında videomüraciət yayımlayıb. Flipp bir müddət əvvəl "RT" telekanalının rəhbəri Marqarita Simonyanı Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin haqqında işlətdiyi ifadələrə görə tənqid edib:

“Marqarita Simonya televiziya verilişlərinin birində həmkarlarım: Maksim Qalkin və Alla Puqaçova haqqında çox qərəzli danışıb. Nə üçün? Bir insanı və onun ailəsini açıq şəkildə təhqir etməyə necə şam tutmaq olar? Alla və Maksimin uşaqları sizə necə baxmalıdır? Onlar öz vətənlərinə necə baxmalıdırlar? Harada valideynlərə belə qışqırırlar? İnsanları ictimaiyyət qarşısında alçaltmağa necə cəsarət edirsiniz? Sizə bu haqqı kim verib? Marqarita, siz ölkəmizdə fəaliyyət göstərən media orqanlarından birinin baş redaktorusunuz. Sizin ixtilaf salmağa haqqınız yoxdur. Siz jurnalistsiniz, bazarda çirkin şayiələr və dedi-qodular yayan ədəbsiz yaşlı qadın deyilsiniz".

Bundan başqa, Flipp insanları belə bir şəraitdə parçalanmaq əvəzinə bir olmağa çağırıb:

“Getdikcə bir-birinə qarşı artan daxili aqressiyaya diqqət yetirirəm. Fikirləşin: axı bizim Qərbin, belə deyək, “tərəfdaşlarımızın” istədiyi məhz budur. Daxili çəkişmələri qızışdırmaq. Biz çoxmillətli xalqıq. İndi isə bütün bunlara razı olmayan insanların damğalanmasını görəndə, alternativ baxış bucağı olan, fərqli baxışlı, amma sadəcə olaraq qorxan insanları incidiləndə kədərlənirəm. Siz, cadugər ovçular, yalnız daxili çatları daha da gücləndirirsiniz. Axı bu üsullarla mübarizə apardığınız insanlar kimi olursunuz".

İfaçı sonda sənətçilərin vətənlərinə qayıtmasına şərait yaratmaq, onların həyatını çətinləşdirməmək lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, artıq fevralın sonundan Rusiyanı tərk edərək İsrailə gedən Alla və Maksimin bu ölkənin pasportunu almağa, burada işləməyə və övladlarının burada təhsil almasına çalışır.