Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktrisa Hande Erçelin yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "El Turco" serialında çəkiləcək. Handenin tərəf müqabili isə Can Yaman olacaq.
Ekran işi Orhan Yeniarasın eyniadlı romanı əsasında lentə alınacaq.