Ancelinanın Ukraynada yarımçıq yediyi kruasanı satışa çıxarıldı - Foto

Ancelinanın Ukraynada yarımçıq yediyi kruasanı satışa çıxarıldı - Foto
3386 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ancelina Coli bir neçə gün əvvəl Ukraynanın Lvov şəhərinə səfər etmişdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ilk olaraq şəhərdəki qəhvəxanaların birində görüntülənən aktrisanın yeyib bitirmədiyi kruasanı məkanda təmizlik işini görən kişi satışa çıxarıb. Hazırda çalışdığı işindən məmnun olmadığını bildirən işçi bunun üçün 1 milyon qriven (təxminən 57 min 500 manat) istəyir. 

Qeyd edək ki, Ancelina müharibə başlayandan Ukraynaya dəstək olduğunu ifadə edib və qaçqınlara dəstək olmaq üçün dəfələrlə çağırışlar edib.