39 illik evlilik bitdi

39 illik evlilik bitdi
1121 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ruh ovçuları" filminin ulduzu Den Eykrod 39 illik həyat yoldaşı Donna Diksondan ayrılır.

Axşam.az xəbər verir ki, bu barədə cütlük "People" nəşrinə müsahibəsində danışıb. Onlar artıq biri-birini dost kimi sevdiklərini bildiriblər:

"39 illik birgə ömür yolundan sonra biz müxtəlif həyat yollarıyla gedirik. Qanuni nikahda qalırıq. Valideyn, həmkar və biznes tərəfdaşları olmağa davam edəcəyik. Bu, bizim seçimimizdir, çünki hələ biri-birimizi sevirik, amma dost kimi".

Qeyd edək ki, cütlüyün münasibəti 1982-ci ildə "Detroyt həkimi" filminin çəkilişləri zamanı başlamışdı.