Yusif Eyvazovun məşhur teatrdakı tamaşaları ləğv olundu

Yusif Eyvazovun məşhur teatrdakı tamaşaları ləğv olundu
922 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Yusif Eyvazovun Nyu-Yorkda, "Metropoliten-opera" musiqili teatrında baş tutmalı olan silsilə çıxışları ləğv olunub.

Axşam.az xəbər verir ki, bu barədə opera müğənnisi feysbuk hesabında yazıb.

"Təəssüf ki, səhhətimlə əlaqədar, mayın 16, 20, 24, 27-də baş tutmalı olan "Bohema" tamaşalarını ləğv etməliyəm. Hamınıza cansağlığı arzulayıram” deyə, o, bildirib.

Xatırladaq ki, bir müddət əvvəl "Metropoliten-opera" Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən rus sənətçilər ilə əməkdaşlığı dayandırdığını açıqlamışdı. Onlar arasında Y.Eyvazovun həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko da var idi. Onun bütün çıxışları ləğv edilmişdi.