"Evlənəndə aylarla əlimi ağdan qaraya vurmağa qoymadı" - Aysel Hüseyn haqda

"Evlənəndə aylarla əlimi ağdan qaraya vurmağa qoymadı" - Aysel Hüseyn haqda
8151 dəfə oxunub
  • A-
  • A
  • A+

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa həyat yoldaşı Aysel İbrahimova "Zaurla Günaydın" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, Aysel musiqiçi haqda sualları cavablandırıb.

"Hüseyn kaprizli deyil. Evdə yemək hazır olmasa da, problem yaratmaz. Biz evlənəndə bir neçə ay yeməyi özü hazırladı. Evdə əlimi ağdan qaraya vurmurdum" deyə, Aysel bildirib. 

Aysel əlavə edib ki, Hüseyn ondan 8 yaş böyükdür. 

Qeyd edək ki, Hüseyn və Aysel cütlüyünün bir oğlu var.