Yıxılaraq qolları və ayağı sınan aktrisa vəfat etdi

Yıxılaraq qolları və ayağı sınan aktrisa vəfat etdi
1018 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktrisa Albina Tixanova bu gün 75 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, son illər aktrisa yataq xəstəsi olub. Ötən ilin mayında ərzaq almaq üçün mağazaya gedən Albina yıxılıb ayağını və hər iki qolunu sındırıb. O, tibb bacısının nəzarətində olurdu.

Qeyd edək ki, A.Tixanova “Ev həbsi”, “Epidemiya”, “Aritmiya”, “Donda sakit axınlar”, “Kamenskaya” kimi filmlərdə rol alıb. Aktrisanın şəxsi həyatı ilə bağlı heç nə məlum deyil. Uzun illər tək yaşayıb.