İngiltərədə gözəllik yarışmasında bir ilk yaşanacaq - Foto

İngiltərədə gözəllik yarışmasında bir ilk yaşanacaq - Foto
1645 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu günlərdə Amerikada xanımlar tonal kremdən və ümumiyyətlə ağır makiyajdan imtina tendensiyasına başlayıblar. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, tendesiyaya İngiltərədə də qoşulmağa başlayıblar. “The Mirror” xəbər verir ki, Kral Kollecinin tələbəsi “Miss England” müsabiqəsində makiyajsız iştirak etmək qərarına gəlib.

Bu cür hadisə "Miss England" müsabiqəsində 94 il ərzində heç vaxt yaşanmayıb.

“İnsanlar makiyajsız rahat hiss edirlərsə, onu etmək məcburiyyətində deyillər. Qüsurlar bizi yetişdirir, onları seməmək əlimizdə deyil. Bəli, gözəllik sadəlikdə və təbiilikdədir” deyə, 20 yaşlı Melissa Rauf söyləyib.