Şəhid Səbuhinin qardaşının müraciəti yayıldı - Video

Şəhid Səbuhinin qardaşının müraciəti yayıldı - Video
4360 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı yeni açıqlama verib.

Axşam.az xəbər verir ki, şəhid qardaşı kamera önünə keçərək, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib:

"Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək".

Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşadırma aparıldığı bildirilmişdi. Bundan başqa, Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.