Zümrüd Qasımovadan boşanma xəbəri ilə bağlı - Açıqlama

Zümrüd Qasımovadan boşanma xəbəri ilə bağlı - Açıqlama
13372 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Zümrüd Qasımovanın həyat yoldaşı Nazim Zeynalov ilə ayrılıq xəbərləri yayılıb. 

Axşam.az-a açıqlama verən aktrisa məsələyə aydınlıq gətirib. O bildirib ki, həyat yoldaşı ilə boşanma söhbətləri doğrudur. Aktrisa soyad məsələsinə görə belə addım atdıqlarını deyib:

"Bilirsiniz ki, bizim bir neçə ay əvvəl soyad dəyişməsi haqda xəbərimiz yayıldı. İllərdir evliyəm, amma həyat yoldaşımın soyadını götürməmişəm. Bəzi məsələlərə görə onun soyadını götürdüm, beləcə, şəxsiyyət vəsiqəm dəyişdi. Mənim adıma bir çox sənədlər, məkanlar var. Eyni zamanda noyabrda bir festivala qatılacam. Bütün sənədləri dəyişə bilmərəm, ona görə də yenidən "Qasımova" soyadına qayıtmalıydım. ASAN Xidmətə yaxınlaşanda dedilər ki, bunun üçün 7-8 ay gözləməlisiniz. Mən isə gözləyə bilmirdim. Məsləhət gördülər ki, ən asan yolu boşanmaq, soyadı dəyişmək və qısa müddətdə yenidən nikaha daxil olmaqdır. Biz də bunun üçün boşanmaya müraciət etdik. Amma ayrılmamışıq, bu cür şəxsi sənədi hansı haqla yayıblar bilmirəm. Əvvəlcə yalandan dedilər ki, həyat yoldaşım paylaşıb. Nazim belə bir sənədi heç vaxt paylaşmaz".

Z.Qasımova əlavə edib ki, ayrılsa, bunu açıqlamaqdan çəkinmir:

"Əgər həqiqətən ayrılırıqsa, niyə gizlədim ki? Bunu açıq şəkildə deyərəm. Amma belə bir şey yoxdur. İndiki durumda, şəhidlərlə bağlı xəbərlər olduğu ərəfədə niyə mənim şəxsi sənədim yayılır? Heç bunun yeridir? Belə mövzu ilə bur ərəfədə gündəmə gəlmək istəməzdim". 

Qeyd edək ki, aktrisanın boşanması ilə bağlı sənədi və xəbəri Manset.az saytı yayıb. Bildirilib ki, tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub.