Rəhim Rəhimli vəfat etdi

Rəhim Rəhimli vəfat etdi
31938 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəhim Rəhimli vəfat edib. 

Axşam.az xəbər verir ki, o, bu gecə dünyasını dəyişib. Onun ölüm səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, sənətçinin bir müddətdir səhhətində problem var idi.

Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.