Məşhur hind həkim-kosmetoloq Mohit Saçdeva bir çox ölkələrdən təlim üçün dəvət alır. Bu dəfə həkim Misirin Qahirə şəhərində tibbi estetik təlim keçib.
Axşam.az xəbər verir ki, o, bir çox ölkədə tibbi təhsil alıb. Mohit eyni zamanda bir çox məşhur hind aktyor, model, siyasətçilərin də kosmetoloqudur.
Qahirəyə səfəri zamanı Mohit Saçdeva Qahirənin tanınmış həkimləri ilə kurs keçib. Tədbirin ilk günü kosmetoloq "Head & Neck" anatomiyası haqqında danışıb. Təlimin ikinci günü kosmetoloq kursa gələn həkimlərə botoks dərsi verib. Həkim bildirib ki, üzdəki qüsurları plastik cərrahiyə ilə yanaşı, daha qısa vaxtda dolğuların köməyi ilə düzəltmək mümkündür. M.Saçdeva dərs almağa gələnlərə bunun üçün istifadə etdiyi xüsusi texnikanı izah edib. Təlimin sonunda həkimlərə sertifikat təqdim olunub.

Səfər çərçivəsində onlarla qadın həkimə müraciət edərək, bir çox prosedurların aparılmasını istəyib.
Mohit Saçdava bildirib ki, yaxın vaxtlarda Azərbaycanda təlim keçəcək.
Qeyd edək ki, Mohit Saçdeva "Möcüvə estetika" mərkəzinin yaradıcısı və direktorudur. O, təcrübəli və bacarıqlı estetik injektor, oral lazer mütəxəssisi, estetik stomatoloq, implantoloq, tibbi estetik təlimçi və müəllifdir. Onun xidmətləri aktyorlar, nazirlər və bir çox görkəmli şəxsiyyətlər tərəfindən yüksək qiymətləndirilir.
O, bütün əsas və qabaqcıl neyrotoksin müalicələrini, doldurucuları, cərrahi müdaxilə olmadan üzgərmə və cavanlaşdırma müalicələrini həyata keçirir.
İnstaqram: @drmohitsachdeva
