Şəfiqə Məmmədovaya görə ittifaqdan getdilər

Şəfiqə Məmmədovaya görə ittifaqdan getdilər
3627 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı (ARKİ) qalmaqal yenidən alovlanıb.

Axşam.az xəbər verir ki, bir sıra incəsənət və mədəniyyət xadimi ittifaqı tərk edib. Onlar öz ərizələri ilə üzvlikdən imtina ediblər. Onlar arasında Xalq artistləri Ramiz Məlik, Əbdül Mahmudov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Reyhan İsayeva və digərləri yer alıb.

Onların ittifaqdan getməsinə səbəb Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi olub. Sənət adamları bu seçkinin onların iştirakı və istəyi olmadan baş tutduğunu iddia ediblər.

Qeyd edək ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. Ötən günlərdə isə ARKİ üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.